"Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsi bölgənin gələcəyi baxımından önəmlidir".
Newscenter.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Gürcüstanın baş naziri İrakli Kobaxidzeni qəbul edərkən deyib.
Türkiyə lideri deyib ki, regionda uzun müddətli sülh və sabitliyin əldə edilməsi üçün tarixi fürsət yetişib və bu fürsəti dəyərləndirmək lazımdır:
"Türkiyə olaraq dünyanın hər bir bölgəsində olduğu kimi Cənubi Qafqazda da sülh və sabitliyin təmin olunmasında maraqlıyıq və bunun üçün çalışırıq".
Anar Əliyev