Ekstremistlərin və pedofillərin Qazaxıstana girişi qadağan edilib.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu “Qazaxıstan Respublikasının bəzi qanunvericilik aktlarına əhalinin miqrasiyası və cinayət mühakiməsi sistemi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi məsələləri ilə bağlı dəyişikliklər və əlavələr edilməsi haqqında” qanununda əksini tapıb.
Sözügedən qanun prezident Kasım-Jomart Tokayev tərəfindən imzalanıb.
Qaninda həmçinin, cəzaçəkmə müəssisələrində, təcridxanalarda və müvəqqəti saxlama yerlərində videomüşahidə sistemlərinin zədələnməsinə görə cinayət məsuliyyəti müəyyən edilir.
Ekstremist və ya terror təşkilatına aidiyyəti olan, yenidən cinayət törətmiş, mütəşəkkil dəstənin (cinayət təşkilatının) “ortaqları” hesab edilən, yetkinlik yaşına çatmayanların cinsi əlaqəsinə qarşı cinayətlər törətmiş şəxslər, habelə ağır cinayət törətmiş şəxslərin ölkəyə daxil olması qadağan edilir.
Anar Əliyev