Cənub qonşumuz bir tərəfdən Azərbaycanla münasibətləri normallaşdırmaq istəyir, digər tərəfdən isə ölkəmizə qarşı qeyri-səmimi, qonşuluq prinsiplərinə ziddi fəaliyyətini davam etdirir. Bəs görəsən Tehranın əsas məqsədi nədir?
Newscenter.az-ın xəbərinə görə, siyasi ekspert Çingiz Şahbazi deyib ki, əslində İranın anti-Azərbaycan siyasətinin davam etdirilməsində, maraqlarından biri də Türkiyə faktorudur. Onun sözlırinə görə, İran, Azərbaycanı Türkiyəyə yaxınlaşdırmamaqda maraqlıdır:
"Həmçinin bu maraqlar Rusiya və ABŞ -ın maraqlarına xidmət edir. Əslində İranın ən yüksək dairələrdə olan şəxslərinin "Ermənistanın ərazi bütövlüyü İranın qırmızı xəttidir" söyləməsi İranin Azərbaycana qarşı harda durmasını və mövqeyini acıq şəkildə ortaya qoyur. İnanmıram ki İran, molla rejiminin hakimiyyəti dövründə Azərbaycanla olan düşmənçilik münasibətlərinə son qoysun və səmimi dostluq və qonşuluq münasibətləri qursun".
Anar Əliyev