Fransa öz imperialist siyasətini davam etdirir. Yeni Kaledoniyada Fransa əleyhinə baş verən etirazlara rəsmi Parisin sərgilədiyi mövqe belə deməyə əsas verir. Belə ki, fransızlar Yeni Kaledoniyadakı etirazlara cavab olaraq ora qoşun yeridib.
Newscenter.az-ın xəbərinə görə, məsələ ilə bağlı AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə deyib ki, Qarabağdan könüllü olaraq köç edən ermənilər üzərindən spikuliyasiya edərək özünü bütün dünyaya insan haqlarının müdafiəçisi kimi göstərən Makron hökuməti, başqa bir yerdə tez-tez bəhs etdiyi insan haqlarını kobud şəkildə pozmaqda davam edir,
AVP rəsmisi deyib ki, rəsmi Paris Yeni Kaledoniya xalqının müstəqillik tələblərini görməzdən gəlir.
Anar Əliyev