"İşğaldan azad edilmiş ərazilər, ümumən Şərqi Zəngəzur və Qarabağ xarici investorlar üçün əlverişli məkana çevrilir. Müxtəlif ölkələrin işğaldan azad edilmiş ərazilərmizin quruculuq-abadlıq işlərində, yenidənqurulma prosesində fəal iştirak etməsi bunun əyani sübutudur".
Newscenter.az xəbər verir ki, bu fikirlər İqtisadi Təhlil və Qiymətləndirmə Cəmiyyətinin açıqlamasında yer alıb. Açıqlamada qeyd edilib ki, Türkiyə və Mərkəzi Asiya ölkələrinin ardınca Belarusun da bu prosesə dəstək verməsi təqdiredicidir:
"Bu həm də ondan xəbər verir ki, işöaldan azad edilən ərazilər xarici investorlar, onların malik olduğu ölkələr üçün də olduqca cəlbedicidir".
Natiq Orucov