"Qazaxıstan Çinin etibarlı tərəfdaşıdır və belə də qalacaq. Eyni zamanda, ÇXR ilə ikitərəfli münasibətlərin tamamilə yeni səviyyəyə qaldırılması ölkəmiz üçün mühüm prioritet hesab olunur".
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Çin Xalq Respublikası Dövlət Şurası Baş nazirinin müavini Liu Quozonu qəbul edərkən deyib. Dövlət başçısı deyib ki, Qazaxıstan və Çin arasında hərtərəfli strateji tərəfdaşlıq və əbədi dostluq daim inkişaf edir:
"Biz gələcəyə inamla baxırıq. Bunu vurğulamaq lazımdır. İkitərəfli ticarətin həcminə görə lider olan Çin, həm də Azərbaycanın aparıcı ticarət-iqtisadi tərəfdaşıdır. Qazaxıstan".
Onun sözlərinə görə, ötən ilin yekunlarına görə, iki ölkə arasında ticarət dövriyyəsi 40 milyard dollara çatıb:
"Bu, rekord göstəricidir. Biz onu 100 milyard dollara çatdırmaq niyyətindəyik".
Mehman Mehdiyev