"Ermənistan və Gürcüstanda baş verən hadisələr onu deməyə əsas verir ki, super güclər regionu barıt çəlləyinə çevirmək istəyirlər".
Newscenter.az xəbər verir ki, bunu politoloq Elvin Babayev səsləndirib. O bildirib ki, əslində Ermənistan və Gürcüstanda baş verənlər Qərblə Rusiyanın regiondakı maraqları uğrunda gedən mübarizədir:
"Bu mübarizə Cənubi Qafqaza qan, qarşıdurma, fəlakət gətirə bilər. Təəssüf hissi ilə qeyd edərdim ki, Azərbaycan da bu proseslərdən kənarda qalmayacaq və sosial, humanitar problemlərlə üzləşəcək".
Anar Əliyev