"Türkiyə ilə iqtisadi sahədə əlaqələrin inkişaf etdirilməsində maraqlıyıq. Bunun üçün kifayət qədər potensial və imkanlar var".
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu fikirləri Gürcüstanın baş naziri İrakli Kobaxidze Türkiyəyə səfəri çərçivəsində Prezident Rəcəb Tayyib Ərdoğanla keçirdiyi görüş zamanı səsləndirib.
Gürcüstanən baş naziri deyib ki, Tbilisi ilə Ankaranı bir çox layihələr birləşdirir və iki ölkə arasında münasibətlər strateji ortaqlıq səviyyəsinə gəlib:
"Bu səbəbdən Türkiyə ilə əlaqələri inkişaf etdirmək istəyirik. Çünki iqtisadi əlaqələrin inkişaf etdirilməsi siyasi sahədə əlaqələri daha da möhkəmləndirir".
Anar Əliyev