Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yeni təsis edilən QHT sənədlərini Ədliyyə Nazirliyinə təqdim edib

Yeni təsis edilən QHT sənədlərini Ədliyyə Nazirliyinə təqdim edib


"Aztəminatlı Ailələrə Sosial-Psixoloji Dəstək" İctimai Birliyi dövlət qeydiyyatına alınmaq üçün sənədlərini Ədliyyə Nazirliyinə təqdim edib.

Bu barədə məlumatı Newscenter.az-a sözügedən təşkilatın sədri Susana Məmmədova verib. İctimai Birlik sədri əmin olduğunu bildirib ki, nazirlik təsis etdiyi təşkilatı dövlət qeydiyyatına alacaq:

"Təşkilatı təsis edənə qədər bu istiqamətdə fəaliyyətimiz cəmiyyətin gözü qarşısında olub. Xeyriyyə məqsədilə keçirdiyimiz tədbirlər, aksiyalar media subyektləridə işıqlandırılıb. Müntəzəm olaraq gördüyümüz işlərlə bağlı cəmiyyətə istər sosial şəbəkələr, istərsə də media vasitəsilə hesabat xarakterli məlumatlar vermişik. Ona görə ümidliyik ki, təşkilatımız dövlət qeydiyyatına alınacaq və bundan sonra daha aktiv fəaliyyət göstərəcəyik".

Susana Məmmədova deyib ki, İctimai Birliyi təsis etməkdə məqsəd həm vətəndaş cəmiyyəti prosesində fəal iştirak etmək, həm də dövlətin həyata keçirdiyi sosial siyasətə bacardıqları qədər dəstək verməkdir.

Nərgiz Əzizova
Xəbəri paylaş