Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbauycan hər zaman özünün ən yüksək səviyyədə humanizm prinsiplərini ortaya qoyub

Azərbauycan hər zaman özünün ən yüksək səviyyədə humanizm prinsiplərini ortaya qoyub



«Azərbaycan hər zaman dostluq, qonşuluq münasibətlərinə sadiqliyini nümayiş etdirib, özünün ən yüksək səviyyədə humanizm prinsiplərini ortaya qoyub. Ötən gün İran İslam Respublikasının prezidenti İbrahim Rəisinin də olduğu helikopterin qəzaya uğramasından dərhal sonra Azərbaycan tərəfinin axtarış-xilasetmə tədbirləri üçün qarşı tərəfə etdiyi təklif də bunun əyani sübutudur».

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı İqbal Məmmədov səsələndirib. Millət vəkili bildirib ki, hadisədən qısa müddət sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin (FHN) lazımi texniki vasitələrlə təchiz olunmuş 40 nəfər peşəkar xilasedicidən ibarət axtarış-xilasetmə qrupunun 2 ədəd helikopterlə hər an axtarış-xilasetmə əməliyyatına qoşulmağa hazır olması İranın müvafiq dövlət qurumunun diqqətinə çatdırıldı:

«Bu da öz-özlüyündə Azərbaycanın hər zaman dostluq və qonşuluq münasibətlərinə sadiq olduğunu bir daha təsdiqlyir».

İqbal Məmmədov deyib ki, dövlət başçısının da qeyd etdiyi kimi dost və qardaş İran İslam Respublikasına və xalqına üz vermiş ağır itki  bizi olduqca sarsıtdı:

«Fürsətdən istifadə edib mən də həlak olanlara Allahdan rəhmət diləyir, İran xalqına səbr və dözüm arzulayıram. Əminəm ki, qonşu ölkə qəzadan sonra yaranmış arzuedilməz vəziyyətdən qısa müddətdə ağrı-acısız çıxacaq».

Süleyman
Xəbəri paylaş