"Cənubi Qafqazda sülhün və sabitliyin əldə edilməsi üçün Türkiyə tərəfi olaraq əlimizdən gələni əsirgəməyəcək və çalışacağıq. Hazırda regionda sülhün və sabitliyin davamlı olaraq bərqərar olması üçün əlverişli imkan yaranıb. Bu imkanı dəyərləndirmək lazımdır".
Newscenter.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səsləndirib. Türkiyə lideri deyib ki, azərbaycanlı qardaşlarımız daimia sülhə tərəfdar olduğunu ortaya qoyub və bu gün də eyni mövqedədirlər:
"Qarşı tərəfin də eyni mövqeni ortaya qoyaraq sülhə imza atması, beləliklə Cənubi Qafqazda sülhün əldə edilməsi zəruridir".
Anar Əliyev