Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BTQ vasitəsilə yüklərin daşınmasına start verilərək

BTQ vasitəsilə yüklərin daşınmasına start verilərək


Yük sahibləri üçün şad xəbər: modernləşdirilmiş Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti bu gün Şərqlə Qərbi yenidən birləşdirir.
Genişləndirilməsi bu yaxınlarda tamamlanmış BTQ dəmir yolu ilə 20 may tarixində yüklərin daşınmasına start verilərək ilk yük qatarı yola salınıb.
🇦🇿🇬🇪 Abşeron Logistika Mərkəzindən yola çıxan 20 konteynerdən ibarət yük qatarı Gürcüstan istiqamətində hərəkətə başlayıb.
Bu ayın əvvəlində BTQ-nin Gürcüstandan keçən 184 kilometrlik hissəsinin təmir-bərpa, rekonstruksiya və genişləndirmə işləri tamamlanıb. Görülmüş işlər nəticəsində bu dəmir yolu xəttinin illik yükdaşıma həcmi 1 milyon tondan 5 milyon tona çatdırılıb.
Modernləşdirilmiş BTQ xətti Çin və Mərkəzi Asiyadan, bütövlükdə isə Asiyadan Qərb istiqamətinə və əks istiqamətə göndərilən yüklərin böyük hissəsinin Orta Dəhlizlə Azərbaycan üzərindən daşınmasına imkan verəcək.
Xəbəri paylaş