Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə lideri İbrahim Rəisinin köməkçisinə nə üçün zəng etdi?

Türkiyə lideri İbrahim Rəisinin köməkçisinə nə üçün zəng etdi?


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran prezidentinin köməkçisi Məhəmməd Muhbirə zəng edib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, telefon danışığı zamanı Ərdoğan Türkiyənin bu ağrılı günlərdə İranın yanında olduğunu və İran xalqının kədərinə şərik olduğunu bildirib.

Prezident Ərdoğan görüş zamanı İran prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə birlikdə heyət üzvlərinin faciəvi helikopter qəzasında həlak olması ilə bağlı kədərlərini ifadə edib, başsağlığı verib və səbr diləyib.

Türkiyə lideri ölkəsinin İrana qarşı qonşuluq və qardaşlıq prinsiplərini gələcəkdə də davam edəcəyini bildirib.

Mehman Mehdiyev
Xəbəri paylaş