Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hansısa faciədən kimnsə öz çirkin məqsədləri üçün istifadə etməsi qətiyyətlə yolverilməzdir

Hansısa faciədən kimnsə öz çirkin məqsədləri üçün istifadə etməsi qətiyyətlə yolverilməzdir


"Ötən gün İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi və onu müşayiət edən heyətin helikopter qəzasında həlak olması olduqca üzücü və sarsıdıcı xəbər kimi hamımızda dərin təəssüf hissi yaradıb. Helikopter qəzası ilə bağlı İran xalqına və həlak olanların ailəsində dərindən baş sağlığı verir, bir daha bu cür hadisənin yaşanmamasını arzu edirəm".

Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi elmlər doktoru, professor Vaqif Abdullayev səsləndirib. Onun sözlərinə görə, dövlət nümayəndə heyətinin daşıyan helikopterin əlverişsiz hava şəraitində idarəetməni itirməsi təəssüf ki, yaxın tariximizdə üzləşdiyimiz hadisələrdən biridir:

"İndiyə qədər bir çox ölkələrin yüksək rütbəli hökumət üzvləri bu cür qəzalar nəticəsində həyatlarını itiriblər. Bəzi hallarda bu qəzalar üzərində manipulyasiyalar edilir, ona görə də mən bəri başdan bu hadisəyə hansısa siyasi don geyindirməyə çalışanların belə fikirlərini birmanlı olaraq qəbul etmirəm. Hansısa faciədən kiminsə öz çirkin məqsədləri üçün istifadə etməsi qətiyyətlə yolverilməzdir".

Vaqif Abdullayev deyib ki, İran və Azərbaycan dost ölkədir, çətin günlərdə həmişə bir-birinə dəstək olub:

"Son dövrlərdə ölkələrimiz arasında birgə mühüm nəqliyyat-enerji layihələrinin icrası istiqamətində qətiyyətli addımlar atılmaqdadır.

Azərbaycan dost ölkə olaraq bu faciəni üərk ağrısı ilə qarşılayır və bu çətin gündə İran xalqının dərdinə şərikdir. Ölkəmiz bu dar gündə bütün lazımi köməklik etməyə hazır olduğunu da bəyan edib. Cənab Prezidentin birbaşa tapşırığı ilə qəza yerində xilasetmə işlərinə köməyin təklif olunması bir daha ölkələrimizn çətin anlarda qonşusunun yanında olduğunu təsdiq edir".

Anar Əliyev
Xəbəri paylaş