Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov mayın 23-də Şamaxı, Qobustan, Ağsu və İsmayıllı rayonlarından olan vətəndaşları qəbul edəcəkdir.
Newscenter.az xəbər verir ki, qəbul saat 10:00-da Şamaxı şəhərindəki Yaradıcılıq Mərkəzində (Ünvan: Şamaxı şəhəri, Seyid Əzim Şirvani küçəsi, 146) keçiriləcəkdir.
Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinə (Əlaqə vasitələri: (020) 265 33 04, (055) 655 57 65, [email protected], [email protected]) müraciət etmələri xahiş olunur.
Süleyman