Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Livanda 3 günlük matəm elan olundu

Livanda 3 günlük matəm elan olundu


İran prezidenti İbrahim Rəisi başda olmaqla bir neçə ölkə rəsmisinin helikopter qəzasında həlak olması ilə bağlı Livanda 3 günlük matəm elan edilib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, Livanın baş naziri Necib Mikati bu barədə açıqlama verib və bayraqların yarıya endirildiyini açıqlayıb.

Mikatinin başsağlığı mesajını Livanın rəsmi xəbər agentliyi NNA paylaşıb.

Livanda matəm dövründə dövlət televiziya və radiolarının proqramlarını bu ağrılı hadisəyə uyğun təşkil edəcəyi bildirilib.

Mehman Mehdiyev
Xəbəri paylaş