Avstraliyada məişət zorakılığı ilə mübarizə çərçivəsində yüzlərlə insan saxlanılıb
Newscenter.az trrhaber-ə istinadən bildirir ki, Avstraliyanın Yeni Cənubi Uels əyalətində məişət zorakılığı ilə mübarizə çərçivəsində həyata keçirilən əməliyyatda 500-dən çox adam tutulub.
Əməliyyat "Amarok 6" adı altında keçirilib.
Açıqlamaya görə, əməliyyat zamanı məişət zorakılığı ilə bağlı axtarışda olan 554 şübhəli saxlanılıb.
Polis rəisi Yasmin Catley, 2023-cü ildə əyalətdə 150 min məişət zorakılığı hesabatının hazırlanacağını söyləyib.
Mehman Mehdiyev