Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Milli Məclisin deputatları MDB PA-nın komissiya iclaslarında iştirak edəcəklər

Milli Məclisin deputatları MDB PA-nın komissiya iclaslarında iştirak edəcəklər


Milli Məclisin deputatları Rauf Əliyev, İltizam Yusifov, Jalə Əliyeva və Sabir Hacıyev MDB Parlamentlərarası Assambleyasının Mədəniyyət, informasiya, turizm və idman, İqtisadiyyat və maliyyə, Dövlət quruculuğu və yerli özünüidarəetmə təcrübəsinin öyrənilməsi və Hüquqi məsələlər üzrə daimi komissiyalarının iclaslarında iştirak etmək üçün mayın 21-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcəklər.

Newscenter.az xəbər verir ki, iclaslarda “Rəqəmsal media resursları mühitində elektron kommunikasiya haqqında”, “Strateji planlaşdırma haqqında”, “Standartlaşdırma haqqında”, “Paytaxtların, dövlət əhəmiyyətli şəhərlərin və region mərkəzlərinin statusu haqqında ”, “Dövlət kadastr qiymətləndirməsi haqqında” və digər model qanun layihələri müzakirə olunacaq, bir sıra təşkilati məsələlərə baxılacaq.

Milli Məclisin deputatları komissiya iclaslarında müzakirəyə çıxarılacaq məsələlər barədə fikirlərini açıqlayacaq, qeyd və təkliflərini bildirəcəklər.

Səfər çərçivəsində millət vəkilləri “MDB ölkələrində Prezident Hakimiyyəti İnstitutu” mövzusunda keçiriləcək beynəlxalq elmi-praktik konfransda da iştirak edəcəklər.

Səfər mayın 26-da başa çatacaq.

Süleyman
Xəbəri paylaş