Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nigeriyada 10 il əvvəl girov götürülən 387 nəfər xilas edilib

Nigeriyada 10 il əvvəl girov götürülən 387 nəfər xilas edilib


Nigeriyada 10 il əvvəl Boko Haram tərəfindən girov götürülən 387 nəfər azad edilib.

Newscenter.az trthsber-ə istinadən xəbər verir ki, Nigeriya ordusu ölkənin şimal-şərqindəki Borno əyalətində terror təşkilatı Boko Haram tərəfindən 10 il əvvəl girov götürülən 387 nəfərin xilas edildiyini bildirib.

Borno əyalətindəki "Səhra Sağlamlığı 111" Əməliyyatının komandanı Haruna Diva verdiyi açıqlamada ordunun Boko Haram terrorçularının gizləndiyi Sambisa meşəsində əməliyyat keçirdiyini bildirib.

Diva deyib ki, 10 ildir terrorçular tərəfindən nəzarətdə saxlanılan əksəriyyəti uşaq və qadınlardan ibarət 387 nəfər xilas edilib.

Qeyd edək ki, 2000-ci illərin əvvəllərindən Nigeriyada 2009-cu ildən mövcud olan Boko Haramın təşkil etdiyi kütləvi zorakılıqlarda on minlərlə insan həyatını itirib.

Mehman Mehdiyev
Xəbəri paylaş