Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sülh üçün əlverişli şərait yetişir

Sülh üçün əlverişli şərait yetişir


"Azərbaycan-Ermənistan sülh müqaviləsinin imzalanması üçün əlverişli şərait yetişir. Bu şəraitdən səmərəli istifadə etmək lazımdır".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Elvin Babayev səsləndirib. O bildirib ki, prosesə Azərbaycanla yanaşı, Ermənistan da maraqlı olmalıdır:

"Düzdür, Paşinyan hakimiyyəti buna maraqlı görünür, ancaq Ermənistandakı revanşistlər sülhə mane olmağa çalışırlar. Eyni zamanda bəzi xarici dairələr, Fransa sülh müqaviləsinin imzalanmasına mane olmağa cəhd edirlər. Ümid edirəm ki, Ermənistan hakimiyyəti və cəmiyyəti mövcud reallığı nəzərə alıb sülh müqaviləsinə imza atacaq".

Anar Əliyev
Xəbəri paylaş