Türkiyədə İŞİD terror təşkilatına qarşı növbəti dəfə əməliyyat keçirilib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, İzmirdə həyata keçirilən əməliyyat zamanı 20 nəfər saxlanılıb.
İzmir Respublika Baş Prokurorluğunun Terror Cinayətləri İstintaq Bürosu tərəfindən aparılan araşdırmalar çərçivəsində Menemen rayonunda müəyyən edilən ünvanlarda eyni vaxtda əməliyyat keçirilib.
Əməliyyat zamanı saxlanılan şəxslərdən silahlar, təşkilati sənədlər və çoxlu sayda rəqəmsal materiallar ələ keçirilib.
Şübhəlilər polis bölməsində əməliyyat-axtarış tədbirləri aparıldıqdan sonra ədliyyəyə göndərilib.
Anar Əliyev