Yunanıstanın İnkişaf Nazirliyinin binasında Fələstin bayrağı qalğalandırılıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Fələstin bayrağını binadan nazirliyin əməkdaşları asıb.
Belə ki, nazirlik işçilərinin həmkarlar ittifaqının çağırışı ilə Fələstinə dəstək məqsədilə keçirilən aksiyada Afinadakı Kaningos Meydanında nazirlik binasının önünə nəhəng reklam lövhəsi asılıb.
Bilbordda Fələstin bayrağı ilə yanaşı, "Qırğına son. Fələstinə azadlıq" yazısı da yer alıb.
Həmçinin, Yunanıstan hökumətinin İsrailə dəstəyinin dayandırılması tələb olunub.
Mehman Mehdiyev