Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avstraliya WikiLeaks-in qurucusunun azadlığını istəyir

Avstraliya WikiLeaks-in qurucusunun azadlığını istəyir


Avstraliya hakimiyyəti WikiLeaks-in qurucusu Julian Assange dəstəyini davam etdirəcək.

Newscenter.az YASS-a istinadən bildirir ki, bunu Avstraliyanın baş naziri Entoni Albanese deyib. Baş nazir bildirib ki, ölkəsi Assangen vətəninə qayıtmasına çalışacaq.

İngiltərə və Uels Ali Məhkəməsinin Assange onun ABŞ-a ekstradisiyası qərarına yenidən etiraz etməyə icazə verən qərarını şərh edən Avstraliya hökumətinin başçısı qeyd edib ki, onun həbsdə saxlanması yaxşı heç nəyə gətirib çıxarmayacaq.

"Bizim [Avstraliya hökumətinin] Assange ilə bağlı mövqeyi çox aydın olub və belə olaraq qalır",-deyə baş nazir vurğulayıb.

Avstraliyanın baş naziri həmçinin qeyd edib ki, WikiLeaks-in yaradıcısının vətəninə qayıtmasına nail olmaq üçün tərəfdaşlarla sıx işləməyə davam edəcək.

Süleyman
Xəbəri paylaş