Çin, deputatlarının Tayvana səfərinə görə Cənubi Koreya Respublikası və Yaponiyaya etiraz edib.
Newscenter.az TASS-a istinadən bildirir ki, Çinin Seuldakı səfirliyi Cənubi Koreya qanunvericilərini “bir Çin” prinsipini pozmaqda ittiham edib.
Çinin Seuldakı səfirliyi bildirib ki, Cənubi Koreyalı deputatlardan ibarət nümayəndə heyətinin Tayvana səfəri “vahid Çin” prinsipini və Çin və Cənubi Koreya arasında diplomatik münasibətlər quran kommünikenin ruhunu kobud şəkildə pozur.
"Biz Koreya Respublikasını “vahid Çin” prinsipini dəstəkləməyə, Çinin daxili işlərinə hər hansı müdaxilədən, Tayvan tərəfdarı olan separatçı qüvvələrə hər hansı dəstəkdən çəkinməyə və Çin və Cənubi Koreyanın ümumi maraqlarını qorumaq üçün əməli addımlar atmağa çağırırıq",- deyə bəyanatda deyilir.
Anar Əliyev