"Əfqanıstandakı vəziyyət ciddi diqqət tələb edir. Bu ölkədə humanitar böhranın qarşısını almaq və uzunmüddətli sabitliyə şərait yaratmaq üçün birgə səyləri davam etdirmək lazımdır".
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu fikirləri Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev səsləndirib.
O bildirib ki, Mərkəzi Asiya və regionlar üçün davamlı inkişaf məqsədləri naminə BMT regional mərkəzinin yaradılması təşəbbüsünü dəstəkləmək lazımdır.
Dövlət başçısı iqlim dəyişikliyi məsələsinə də xüsusi diqqət yetirməyə çağırıb:
"Təcili olaraq qabaqlayıcı tədbirlər görməsək, bu problem planetimizdə qlobal təbii fəlakətləri daha da ağırlaşdıra bilər. Hava şəraitinin həddindən artıq dəyişkənliyi dünyanın əsas problemlərindən birinə çevrilir".
Süleyman