Türkiyədə Fətullahçı Terror Qruplaşmasına (FETÖ) qarşı əməliyyat davam edir.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu dəfə əməliyyat paytaxt Ankarada baş tutub.
Polis və digər hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində FETÖ ilə əlaqəsi olan 44 nəfər saxlanılıb. Onların mənzillərində aparılan axtarış tədbirləri nəticəsində çoxlu sayda pul, saxta sənədlər tapılıb.
Polis arasşdırmaları davam etdirir.
Anar Əliyev