Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Keşiş Baqrat Paşinyanı devirmək istəyir

Keşiş Baqrat Paşinyanı devirmək istəyir


Erməni Apostol kilsəsinin Tavuş yeparxiyasının rəhbəri Baqrat Qalstanyan baş nazir Nikol Paşinyanı hakimiyyətdən devirməkdə israrlı görünür. Onun təşkil etdiyi aksiyaların davamlı xarakter alması belə deməyə əsas verir.

Newscenter.az news.am-a istinadən bildirir ki, keşiş Baqrat Qalstanyan daha kütləvi etiraz aksiyaları təşkil etməyi qərarlaşdırıb. Erməni mediasının xəbərinə görə, bu məqsədlə Baqrat Qalstanyan mayın 26-na növbəti etiraz aksiyası təyin edib. Bu dəfə etirazçıların ciddi şəkildə Paşinyanın istefası tələbini səsləndirəcəkləri və hökumət binasına girməyə cəhd gösrtərəcəkləri bildirilir.

Məlumata görə, təyin edilmiş aksiyanın qarşısını almaq üçün erməni polisi gücləndirilmiş iş rejiminə keçib.

Anar Əliyev
Xəbəri paylaş