Kolumbiyada terror aktı həyata keçirilib.
Newscenter. az Reuters-ə istinadən bildirir ki, ölkənin cənub-qərbində polis əməkdaşlarına təşkil edilən bombalı hücumda 2-si polis olmaqla 6 nəfər yaralanıb.
Məlumata görə, Kolumbiyanın Morales qəsəbəsində polis qruplarına əl istehsalı bomba ilə hücum təşkil edilib.
Hadisə şahidlərinin sözlərinə görə, hücumu otelin yaxınlığında motosikletli insanlar həyata keçirib. Partlayışdan qısa müddət sonra polis idarəsində təqib atəşi açılıb və əraziyə çoxlu hüquq-mühafizə orqanlarının əməkdaşları göndərilib.
Kolumbiya mətbuatında yer alan xəbərə görə, hücuma görə keçmiş FARC üzvlərindən ibarət Estado Mayor Central (EMC) üzvləri məsuliyyət daşıyır.
Mehman Mehdiyev