Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması” altqrupunun iclası keçirilib

“Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması” altqrupunun iclası keçirilib



Dövlət Gömrük Komitəsində Biznes mühiti və Beynəlxalq reytinqlər üzrə Komissiyanın “Beynəlxalq ticarət” işçi qrupunun “Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması” altqrupunun iclası keçirilib.

Newscenter.az xəbər verir ki, aidiyyəti dövlət qurumlarının məsul şəxsləri ilə yanaşı, özəl sektor nümayəndələrinin də iştirak etdiyi görüşdə Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev tərəfindən “Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması” altqrupunun fəaliyyət istiqamətləri və bu kontekstdə qarşıda duran əsas hədəflər barədə ümumi məlumat verilib.

İclas zamanı “Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması” altqrupunun 2024-cü il üçün Yol Xəritəsinin və Dövlət Gömrük Komitəsinin sərhəddə ticarət üzrə xarici ticarət iştirakçılarının fəaliyyətinə töhfə verən yeni layihələrinin təqdimatı, həmçinin özəl sektorun nümayəndələri ilə məsləhətləşmələr çərçivəsində qarşılıqlı fikir mübadiləsi həyata keçirilib.

Eyni zamanda, Yol Xəritəsində əks olunan tədbirlərin operativ şəkildə icrasını təmin etmək və qarşıya qoyulan hədəflərə nail olmaq məqsədilə dövlət və özəl sektorun nümayəndələri tərəfindən qarşılıqlı müzakirələr çərçivəsində birgə addımların atılmasının vacibliyi vurğulanıb.

Sonda, Komissiya Katibliyinin rəhbəri Vüsal Şıxəliyev Yol Xəritəsində qeyd olunan tədbirlərin mühüm əhəmiyyət kəsb etdiyini və onların vaxtında icra edilməsinin zəruriliyini diqqətə çatdırıb.

Süleyman
Xəbəri paylaş