Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sərnişin avtobusu qəzaya uğradı, çoxlu sayda yaralı var

Sərnişin avtobusu qəzaya uğradı, çoxlu sayda yaralı var


Türkiyədə ağır yol qəza hadisəsi baş verib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə Afyonkarahisarda sərnişin avtobusunun iştirakı ilə olub.

Belə ki, sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində 17 nəfər yaralanıb. Yaralılar hadisə yerinə cəlb edilmiş xilasedicilər və təcili-tibbi yardım qurupları tərəfindən yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Yaralılardan üçünün ağır olduğu bildirilir.

Hələlik baş vermə səbəbi bəlli olmayan qəza ilə bağlı araşdırma aparılır.

Mehman Mehdiyev
Xəbəri paylaş