Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

S.Rasim: Səni təbrik edirəm, əziz dost!-VİDEO

S.Rasim: Səni təbrik edirəm, əziz dost!-VİDEO


Ləyaqətli, müdrük insanlar da D kolorlu, cilalanmış brilyant daş kimidir!

Ən üfunətli bataqlıqda, çirkabda olsalar da öz göz oxşayan parlaqlıqlarını qoruyub, saxlayırlar!

Bu gün Sizlərə haqqında söz açacağım dahi insan, 1991-ci ildə SSRİ də ilk kommersiya bankının rəhbərlərindən biri olmaqla yanaşı, həm də Azərbaycanın, bəlkədə həmin zamanlar SSRİ nin ən zəngin adamı idi...

12,5 milyon dollar pulu var idi...

Lakin, o Moskvada yaşayıb işləməsinə baxmayaraq, tez-tez doğma Azərbaycanına gəlirdi...

Vətənimizin çətin günlərində, Vətənpərvər bir insan kimi öz millətinin, öz dövlətinin, öz xalqının qayğısına qalırdı!

Uşaq bağçalarında ,məktəblərdə təmir işləri aparırdı, cəbhə üçün ərzaq, dərman preparatları, silah-sursat, tikinti materialları alırdı...

KQB nin keçirdiyi bir çox Dövlət əhəmiyyətli proyektləri maliyyələşdirirdi..

Gülağa Tənha nə edirdisə, təmənnasız olaraq edirdi - Vətənimizin gələcək uğurları naminə edirdi.

Bu gün, həmin qanlı-qadalı günlərdən Dostluq etdiyim Vətənpərvər, xeyirxah bir insanın həyatında özəl bir gündür-doğum günüdür!
Gülağa Tənhanı doğum günü münasibətilə təbrik edirəm, ən səmimi və xoş arzularımı çatdırıram! Eyni zamanda uzun illərdən bəri sevə-sevə qoruyub, saxladığım,qayğısına qalıb, nazını çəkdiyim Dostluq məhəbbətimin səmimiliyini bildirmək istəyirəm!

İnsanın həyatında düşdüyü şəraitdən, yaşadığı mühitdən asılı olaraq, əsil,böyük hərflərlə yazılan Dostları çox az olur, amma çətin günlərin sadiq Dostu çox az olanların içərisində daha az olur!

Gülağa Tənha da çox az olan sadiq Dostların, ən sadiqidir!

ALLAH Sizi hamımız üçün QORUSUN!

Dərin hörmətlə:

CAN VƏTƏN informasiya agentliynin təsisçi və baş redaktoru Rasim Sadıxov.
Xəbəri paylaş