Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Təhsil müəssisələrində təhlükəsiz mühitin qorunması məqsədilə monitorinqlər keçirilir

Təhsil müəssisələrində təhlükəsiz mühitin qorunması məqsədilə monitorinqlər keçirilir


Məktəblərdə daxili nizam-intizam qaydalarına əməl olunmasına nəzarətin artırılması və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə monitorinqlərə başlanıb.

Newscenter.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlukəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili şöbəsinin birgə təşkil etdiyi monitorinqlərdə hər iki qurumun nümayəndələri və valideyn icmasının üzvləri iştirak ediblər.

Monitorinqlər çərçivəsində məktəblilərin “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları”na əməl etməsi vəziyyəti müşahidə olunub, məktəbə gətirilməsi qadağan olunan əşya və ləvazimatlar haqqında maarifləndirmə işi aparılıb, həmçinin məktəbli formalarından istifadənin zəruriliyi və digər müvafiq məsələlərlə bağlı şagirdlərə tövsiyələr verilib.

Yuxarı sinif şagirdlərini əhatə edən monitorinqlər ilk olaraq Nəsimi və Səbail rayonları ərazisindəki məktəblərdə reallaşdırılıb.

Qeyd edək ki, monitorinqlərin paytaxtın digər ümumi təhsil məktəblərində də aparılması nəzərdə tutulur.

R.Mehdiyeva
Xəbəri paylaş