"Üç şər qüvvəyə qarşı mübarizə əməkdaşlığı daimi diqqət mərkəzində olmalıdır".
Newscenter.az "Sputnikm Qazaxıstan"a istinadən bildirir ki, bunu Qazaxıstan prezidenti Kasım Jomart Tokayev Şanxay Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin Astana toplantısında çıxış edərkən deyib.
Tokayev deyib ki, Qazaxıstan bu istiqamətdə əməkdaşlığı davamlı olaraq gücləndirmək niyyətindədir:
"Terrorizm, separatizm və ekstremizmə qarşı mübarizə üzrə Sizinlə razılaşdırılmış əməkdaşlıq proqramı bu istiqamətdə atılan konkret addım kimi qiymətləndirilir. ŞƏT-in narkotiklərlə mübarizə strategiyası, o cümlədən ŞƏT-in antinarkotik strategiyası üzərində işlərin yekunlaşdırılması prosesi gedir. Terrorçuluğun maliyyələşdirilməsi kanallarının bloklanması, eləcə də narkotik təhlükəsi ilə mübarizə tədbirləri bu problemlərin azalmasına gətirib çıxaracaq".
Onun fikrincə, bu işdə kibertəhlükələrin erkən aşkarlanmasına və ŞƏT ölkələrinin informasiya infrastrukturunun stabil fəaliyyətini təmin edən mexanizmlərin işlənib hazırlanmasına xüsusi diqqət yetirilməlidir.
Süleyman