Dünyada gözlənilən ömür uzunluğu 4,5 il artacaq.
Newscenter.az-ın xəbərinə görə, alimlər müəyyən ediblər ki, 2022-2050-ci illər arasında bütün dünyada gözlənilən ömür uzunluğu təxminən 5 il artacaq.
Qadınların ömür uzunluğunun 76,2 yaşdan 80,5 yaşa, kişilərin isə 71,1 yaşdan 76 yaşa qədər artacağı təxmin edilir.
204 ölkədə risk faktorlarını araşdıran 2021 Qlobal Xəstəlik Yükü Araşdırmasının nəticələrinə əsasən, qlobal artım daha çox ürək-damar xəstəliklərinin, COVID-19 və bir sıra yoluxucu xəstəliklərin qarşısının alınmasına və təsirinin azaldılmasına yönəlmiş ictimai sağlamlıq təcrübələri ilə bağlıdır.
Araşdırmanın mühüm tapıntılarından biri odur ki, gözlənilən ömür uzunluğu artsa da, bu illər sağlam şəkildə keçməyəcək.
Bildirilib ki, ürək-damar xəstəlikləri, xərçəng və şəkərli diabet kimi qeyri-infeksion xəstəliklər və onlarla bağlı risk faktorları gələcək nəslin xəstəlik yükünə daha çox təsir edəcək.
Nərgiz Əzizova