Ermənistanın bank sektoru iflic ola bilər.
Newscenter.az news.am-a istinadən bildirir ki, bunu informasiya təhlükəsizliyi üzrə mütəxəssis Samvel Martirosyan deyib.
O, xəbərdarlıq edib ki, çox ciddi bank virusları dalğası gəlir. Samvel Martirosyan xəbərdarlıq edir
"Bu, tamamilə yeni bir şeydir, bir neçə ay əvvəl bu, konkret olaraq erməni bankları ilə bağlı deyildi, daha ümumiləşdirilmişdi. Bu, Android sahiblərinə aiddir, əgər sizə Telegram, WhatsApp, Viber vasitəsilə proqram yükləmək, onu bankın adından telefonunuza quraşdırmaq təklif olunursa, bunu etməyin, oğurluqdur”, - Martirosyan bildirib.
Onun sözlərinə görə, proqramları yan tərəfdən yükləmək olmaz, yalnız “Play Market” proqramından, əks halda bu, istifadəçilər üçün təhlükəli olacaq. yalnız rəsmi proqramlar yüklənməlidir.
Natiq Orucov