MDB ölkələrinin baş nazirləri 2030-cu ilədək olan dövrdə infrastrukturun optimallaşdırılması və MDB ölkələrinin ərazilərindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı üzrə tədbirlər planı və 2035-ci ilədək enerji sahəsində əməkdaşlıq konsepsiyası haqqında qərar qəbul ediblər.
Newscenter.az RİA-Novostiyə istinadən bildirir ki, bunu Rusiyanın baş naziri Mixail Mişustin deyib. O bildirib ki, enerji təşəbbüsləri Moskva Energetika İnstitutu tərəfindən hazırlanıb.
Rusiya hökumətinin başçısı əlavə edib ki, onlar yanacaq-energetika sektorunun elmi-texniki inkişafına dəstək vermək məqsədi daşıyır:
"Bunları həyata keçirməklə biz böyük enerji sistemlərinin idarə olunmasının ən müasir metodlarını və modellərini fəal şəkildə tətbiq edirik", - Mişustin qeyd edib.
Onun sözlərinə görə, plan ətraf mühitə mənfi təsirin azaldılmasına yönəlib:
"Əsas məqsəd səmərəli resurs və enerjiyə qənaət edən və ekoloji cəhətdən təmiz istehsalların yaradılmasıdır".
Fuad Hüseynzadə