Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan təhlükəsizlik və sabitlik baxımından olduqca cəlbedici görünür

Azərbaycan təhlükəsizlik və sabitlik baxımından olduqca cəlbedici görünür


"Ayrı-ayrı dövlət və hökumət başçılarının, müxtəlif beynəlxaq qurumların təmsilçilərinin ölkəmizə səfərləri Azərbaycana olan marağın artdığının göstəricisidir".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Yusif Bağırzadə səsləndirib. O bildirib ki, bu maraq ilk növbədə İkinci Qarabağ savaşından sonra Azərbaycanın regionda yaratdığı yeni reaalıqlardan qaynaqlanır:

"Hər kəs görür ki, Qarabağ problemini kökündən həll edən Azərbaycan hazırda dünyanın ən sabit ölkələrindən biridir. Xüsusilə də hazırda Ermənistan və Gürcüstanda baş verən hadisələr fonunda ölkəmiz təhlükəsizlik və sabitlik baxımından olduqca cəlbedici görünür".

Politoloq deyib ki, digər mühüm və vacib məqam ölkəmizin yerləşdiyi coğrafi mövqe ilə bağlıdır:

"Azərbaycanın dəhlizlərin qovşağında yerləşməsi, Qərb və Şərq arasında körpü mövqeyində olması ayrı-ayrı ölkələri bizimlə əməkdaşlıqda maraqlı edir. Məlumdur ki, bütün dünyada artıq dəhlizlər uğrunda savaşlar gedir. Çünki gələcək inkişaf məhz dəhlizlərə, nəqliyyat yollarına nəzarətə bağlıdır".

Yusif Bağırzadə qeyd edib ki, digər vacib məsələ isə ölkəmizin yeraltı və yerüstü sərvətləri ilə bağlıdır:

"Xüsusilə də Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycanın enerji məhsullarına tələbat hər keçən gün daha da artır. Azərbaycanın bu təbii sərvətlərə malik olması və əsas da regionda ən etibarlı tərəfdaş ölkə kimi tanınması ölkəmizin cəlbediciliyini artırır. Hər kəs bilir və qəbul edir ki, ölkəmiz qarşılıql faydalı əməkdaşlığa, dövlətlərarası münasibətlərin qorunub saxlanılmasına sadiqdir".

Süleyman
Xəbəri paylaş