Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistana 92,3 milyon avro veriləcək

Ermənistana 92,3 milyon avro veriləcək


Ermənistana 92,3 milyon avro kredit və 16 milyon dollar qrant veriləcək.

Newscenter.az news.am--a istinadən bildirir ki, bununla bağlı “Yaşıl, Davamlı və İnklüziv İnkişaf Siyasətinin İkinci Əməliyyatı” büdcə dəstəyi maliyyələşdirilməsi sazişi imzalanıb.

Ermənistan tərəfdən sənədi bu ölkənin maliyyə naziri Vahe Hovhannisyan, Dünya Bankı (DB) tərəfdən isə DB-nin Ermənistan ofisinin direktoru Karolin Geginat imzalayıb.

Müqaviləyə əsasən, Ermənistana “Qlobal Güzəştli Maliyyə Aləti Fondu”ndan 92 milyon 300 min avro dəyərində kredit və 16 milyon ABŞ dolları məbləğində qrant verilməsi nəzərdə tutulur.

Proqrama iqlim dəyişikliyinin azaldılması və uyğunlaşmasının təşviqi və ətraf mühitin idarə edilməsi üçün normativ hüquqi bazanın təkmilləşdirilməsi, bərabərliyin gücləndirilməsi və insan kapitalının inkişafının təşviqi, antikorrupsiya çərçivəsinin və ədliyyə sektorunun effektivliyinin gücləndirilməsi kimi istiqamətlər daxildir.

Anar Əliyev
Xəbəri paylaş