Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanda banka silahlı hücum olub

Ermənistanda banka silahlı hücum olub


Ermənistanda banla silahlı basqın olub.

Newscenter.az news.am-a istinadən bildirir ki, əl qumbarası ilə silahlanmış 50 yaşlı Byureqavan sakini bankı partlatmaqla hədələyib.

Dərhal hadisə yerinə Daxili İşlər Nazirliyinin müxtəlif polis bölmələrinin əməliyyat qrupları gəlib. Adıçəkilən yerdə qumbaraatanla silahlanmış şəxs bankı partlatmaqla hədələyib.

Polis əməkdaşlarının danışıqları nəticəsində F-1 tipli qumbaranı təhvil verən şəxs tutularaq Kotayk Polis Şöbəsinə aparılıb.

Faktla bağlı Ermənistan Cinayət Məcəlləsinin 308-ci maddəsinin birinci hissəsi və 335-ci maddəsinin birinci hissəsi ilə cinayət işi başlanıb.

Mehman Mehdiyev
Xəbəri paylaş