Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

MDB ölkələri ilə ticarət 6,5%-i ötüb

MDB ölkələri ilə ticarət 6,5%-i ötüb


Cari ilin ilk dörd ayında Rusiyanın MDB ölkələri ilə ticarəti 6,5 faizi keçib.

Newscenter.az RİA Novostiyə istinadən bildirir ki, bunu Rusiyanın baş naziri Mixail Mişustin deyib. O bildirib ki, 2023-cü ildə Birlik dövlətləri ilə ticarət dövriyyəsi 5,8% artıb, yanvar-mart aylarında isə 6,5%-i ötüb.

Rusiya hökumətinin başçısı bildirib ki, MDB ölkələri digərləri ilə yanaşı, müasir rəqabət şəraitini təmin etməli, həmçinin xarici şəraitdən asılı olmayaraq hesablaşma və ödəniş arxitekturasını yaratmalıdır.

Onun sözlərinə görə, gömrük sahəsində əməkdaşlığı gücləndirmək, razılaşdırılmış antiinhisar siyasəti aparmaq, ədalətli rəqabət şəraitini təmin etmək lazımdır.

Natiq Orucov
Xəbəri paylaş