Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Növbəti köç karvanı Sus kəndinə çatıb

Növbəti köç karvanı Sus kəndinə çatıb



Mayın 24-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Laçın rayonunun Sus kəndinə çatıb. Bu mərhələdə kəndə 39 ailə - 140 nəfər köçürülüb.

Newscenter.az xəbər verir ki, doğma yurda qayıtmış ailələr Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri tərəfindən, müvafiq qaydada, onlara verilən evlərdə yerləşdirliblər. Sus kəndi, dövlət başçısının tapşırğı əsasında, tamailə yenidən tikilib və zəruri infrastrukturla təchiz edilib.

İndiyədək Sus kəndində 59 ailə (215 nəfər) mənzillə təmin edilib.

Süleyman
Xəbəri paylaş