"Paris Şəhər Şurasının Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyini boykot etmək barədə qərarı Fransanın ölkəmizə qarşı qərəzi, düşmən münasibətinin daha bir sübutudur".
Newscenter.az xəbər verir ki, bu fikirlər "Xəbər Mərkəzi" Analitik Qrupun açıqlamasında yer alıb. Bildirilib ki, bu qərar həm də beynəlxalq aləmə qarşı yönəlmiş bir addımdır:
"Dünyada iqlim dəyişikliyinin baş verdiyi bir vaxtda Fransanın qlobal səviyyəli bir tədbirin keçirilməsinə qarşı sərgilədiyi mövqe Parisin qlobal problemlərə nə dərəcədə etinasız yanaşdığını göstərir".
Analitik Qrup hesab edir ki, Fransanın hansı mövqedən çıxış etməsindən asıllı olmayaraq Bakı sözügedən tədbiri ən yüksək səviyyədə reallaşdıracaq və həyata keçirəcək.
Süleyman