Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paşinyan sülh müqaviləsindən danışdı

Paşinyan sülh müqaviləsindən danışdı


"Sərhədçilərimiz Azərbaycanla sərhədin delimitasiya olunmuş hissəsində mövqe tutublar".

Newscenter.az news.am-a istinadən bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

Ermənistanın baş naziri qeyd edib ki, onlar Tavuş vilayətinin Berkaber kəndi və Tavuş vilayətinin Voskepar və Bağanis kəndləri boyunca dövlət sərhədinin mühafizəsini öz üzərlərinə götürüblər:

"Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) Sərhəd Qoşunları Ermənistan-Azərbaycan sərhədinin Tavuş rayonunda delimitasiya olunmuş hissəsində mövqelərini tutublar",-deyə Paşinyan bildirib.

Paşinyan Bakı ilə sərhədin bir hissəsinin delimitasiyası ilə bağlı sənədin imzalanmasını böyük uğur hesab edib.

Qeyd edək ki, Nikol Paşinyan bunları Ermənistan xalqına müraciəti zamanı deyib.

Süleyman
Xəbəri paylaş