Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paşinyan sülh müqaviləsinin bağlanmasında maraqlıdır

Paşinyan sülh müqaviləsinin bağlanmasında maraqlıdır


"Ermənistan hakimiyyəti son zamanlar davamlı olaraq Azərbaycanla anlaşma istiqamətində addımlar atır. Görünən budur ki, Paşinyan sülh müqaviləsinin bağlanmasında maraqlıdır".

Newscenter.az xəbər verir ki, bunu politoloq Mütəllim Rəhimli səsləndirib. Onun sözlərinə görə, bundan sonra o, ölkəsini daha çox Qərbyönümlü istiqamətdə inkişaf etdirəcək:

"Avropa İttifaqı ilə Gürcüstanın əldə etdiyi güzəştlərə sahib olmaq, Ermənistanı Rusiyanın təsirindən qurtarmaq və qonşularla normal münasibətlər əsas hədəflər sırasındadır. Lakin ölkə daxilində bəzi problemlərlə qarşılaşır. Xüsusilə, revanşist qüvvələr bu arada daha çox fəallaşıblar. Çünki başa düşürlər ki, indiki ərəfədə Paşinyanı devirə bilməsələr sonra bu mümkün olmayacaq. Ona görə də, müxalifət erməni xalqının dini inancından da istifadə edərək kilsəni də Paşinyanın üzərinə qaldırmağa nail olub. Çünki Eçmədzin həmişə "böyük" Ermənistan ideyasının mənəvi ruporu olub. Bu mənada keşiş Baqrat Qalstanyanın müxalifətin liderinə çevrilməsi taktikası təsadüfi deyil".

Politoloq deyir ki, Paşinyan da bunu dərk etdiyindən son açıqlamalarında kilsəni "təsir agenti" adlandırdı və onun təmizlənməsinə ehtiyac duyulduğunu bəyan etdi:

"Hesab edirəm ki, sülh müqaviləsi yolunda bu sonuncu təhdid də aradan qaldırılsa iki ölkə arasında tezliklə anlaşma əldə edilə bilər".

Süleyman
Xəbəri paylaş