Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya Ermənistandakı səfirini niyə Moskvaya çağırdı?

Rusiya Ermənistandakı səfirini niyə Moskvaya çağırdı?


Rusiya Ermənistandakı səfiri Sergey Kopırkini bu gün məsləhətləşmələr üçün Moskvaya çağırıb. Səfirin məsləhətləşmələr üçün Moskvaya məhz bu gün, Qazaxın 4 kəndinə tam nəzarətin bərpa edildiyi tarixdə çağırılması bəzi sualların meydana çıxmasına səbəb olub.

Newscenter.az-ın xəbərinə görə, politoloq Məhəmməd Əsədullazadə məsələ ilə bağlı bildirib ki, bu hadisənin Ermənistan tərəfindən Azərbaycana dörd kəndin qaytarılması günündə baş verməsi təsadüfi deyil. Onun sözlərinə görə, Rusiya Azərbaycanla Ermənistan arasında ikitərəfli danışıqların əleyhinə olub və sülhə maneçilik törədib:

"Məhz dörd kəndin Azərbaycana qaytarılması, Rusiyanın Ermənistanda uzun illər həyata keçirdiyi anti-Azərbaycan siyasətinin fiaskosudur.

Moskva Kilsəni önə verməklə sərhədlərin delimitasiya və demarkasiyasını bəhanə gətirərək, Ermənistanda kütləvi etiraza nail ola bilmədi. Əgər, Kilsə etirazla ciddi nəticə əldə etsəydi, Azərbaycanla razılaşmalar ləğv ediləcəkdi".

Politoloq deyib ki, N.Paşinyanın killsəyə açıq hücum edəcəyini elan etməsi, Rusiyanı ötən gün üstüörtülü şəkildə iddiham etməsi, tərəflər arasında böhrana gətirib çıxardı:

"N. Paşinyan Rusiya səfirinin geri çağırılmasında məmnundur. N. Paşinyan KTMT -dən və MDB-dən çıxa bilər. Ermənistan Rusiya əlaqələrinin böhranı regionumuz üçün təhlükəsiz bir mühit formalaşdırır".

Süleyman
Xəbəri paylaş