Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyanın Ermənistandakı səfirini geri çağırmasının səbəbi bəlli oldu

Rusiyanın Ermənistandakı səfirini geri çağırmasının səbəbi bəlli oldu


Gün ərzində Rusiyanın Ermənistandakı səfirini məsləhətləşmələr üçün geri çağırması əsas müzakirə mövzularından biri oldu. Buna səbəb olan amillər barədə fikirlər səsləndirildi.

Newscenter.az-ın xəbərinə görə, məsələ ilə bağlı fikirlərini səsləndirən politoloq Elxan Şahinoğlu deyib ki, Rusiya Ermənistandakı səfirini baş nazir Nikol Paşinyanın “2020-ci ildə Ermənistana qarşı 44 günlük müharibənin hazırlanmasında iki KTMT ölkəsi iştirak edib” açıqlamasına görə geri çağırıb:

"Paşinyan “2 dövlət” dedikdə Rusiya və Belarusu nəzərdə tutub. Paşinyanın bu açıqlaması Kreml sahibi Vladimir Putinin narazılığına səbəb olub və Rusiya prezidentinin təlimatıyla xarici işlər naziri Sergey Lavrov nümayişkənarə şəkildə Sergey Kopırkini müvəqqəti geri çağırıb. Vladimir Putin Nikol Paşinyanın son açıqlamasıyla “qırmızı çizgiləri” aşdığı qənaətindədir".

Politoloqun sözlərinə görə, Putin Paşinyana xatırladıb ki, müharibənin qızğın çağında ona zəng edib və atəşkəs təklifi edib:

"Paşinyan Putinin təklifinə razılaşmayıb və nəticədə Qarabağın tamamı Azərbaycanın nəzarətinə keçib. Putin ona görə Paşinyana bu xatırlatmanı edib ki, Azərbaycanın Qarabağ üzərində suverenliyini bərpa etməsinə görə Paşinyan Rusiya hakimiyyətini deyil, özünü qınamalıdır. Həmin dövrdə atəşkəs bizim də maraqlara cavab vermirdi, işi yarımçıq qoymaq olmazdı. Bu baxımdan Paşinyanın atəşkəsə razılaşmaması Azərbaycanın da maraqlarına uyğun idi".

Süleyman

.
Xəbəri paylaş