Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

12 mindən artıq mal-qara tələf olub

12 mindən artıq mal-qara tələf olub


Qazaxıstanda baş verən sel daşqınları nəticəsində 12 mindən çox mal-qara tələf olub.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə ölkənin Kənd Təsərrüfatı Nazirliyinin müavini Amanqali Berdalin məlumat verib.

Onun sözlərinə görə, tələf olan heyvanların 98 faizinə görə kompensasiya ödənilib:

"Ölmüş mal-qaraya görə kompensasiyanın ödənilməsi alqoritmi var. Bunun üçün heyvanın cəmdəyi göstərilməli və heyvanın qulağında birka olmalıdır. O, həmçinin rayonun kənd təsərrüfatı məlumat bazasında qeydiyyatdan keçməlidir".

Qeyd edək ki, kompensasiyanın məbləği Milli Statistika Bürosunun meyarlarına uyğun olaraq heyvanların bazar dəyəri əsasında müəyyən edilir.

Fuad Hüseynzadə
Xəbəri paylaş