Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cari ilin sonuna kimi sülh müqaviləsi imzalanacaq?

Cari ilin sonuna kimi sülh müqaviləsi imzalanacaq?


"Cari ilin sonuna qədər Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması mümkün görünür".

Newscenter.az xəbər verir ki, bu fikirlər "Xəbər Mərkəzi" Analitik Qrupun açıqlamasında yer alıb. Analitik Qrupdan bildirilib ki, Ermənistanda baş verən proseslər Azərbaycanla sülh müqaviləsinin imzalanmasına heç bir əngəl törədə bilməz:

"Çünki Ermənistan cəmiyyətinin mütləq əksəriyyəti də sülh müqaviləsinin imzalanmasında maraqlıdır. Ermənistan cəmiyyəti açıq şəkildə dərk edir ki, bu ölkənin yeganə çıxış yolu Azərbaycanla sülh müqaviləsinin imzalanmasıdır".

Analitik Qrup hesab edir ki, artıq beynəlxalq birlik də Bakı ilə İrəvan arasında sülhün əldə edilməsində maraqlıdır.

Anar Əliyev
Xəbəri paylaş