Rusiya-Ukrayna müharibəsinin danışıqlar yolu ilə, diplomatik şəkildə həlli üçün Çində sülh konfransı keçirilə bilər.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning deyib.
O bildirib ki, Çin hakimiyyəti Ukrayna münaqişəsinin siyasi həllinə töhfə verəcək istənilən səylərə kömək etməyə hazırdır.
Mao Ning, həmçinin Çində Rusiya və Ukraynanın iştirakı ilə sülh konfransının keçirilməsinin mümkünlüyünü istisna etməyib.
Fuad Hüseynzadə