Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Elektrik enerjisi istehsalı 3,3 faiz artıb

Elektrik enerjisi istehsalı 3,3 faiz artıb


Türkiyədə elektrik enerjisi istehsalı mart ayında 3,3 faiz artıb.

Newscenter.az Enerji Bazarını Tənzimləmə Qurumuna istinadən bildirir ki, nəticədə elektrik enerjisi istehsalı 26 milyon 179 min 94 meqavatsaata çatıb.

Məlumata görə, elektrik enerjisi istehsalının 26 faizi su elektrik enerjisi, 23,6 faizi idxal kömür, 18,4 faizi təbii qaz, 13,3 faizi linyit, 8,1 faizi isə külək hesabına təmin edilib.

Fakturalı elektrik istehlakının miqdarı isə eyni dövrdə yüzdə 5,8 artaraq 21 milyon 306 min 802 meqavatsaata çatıb.

İstehlakın 42,7 faizi sənaye, 28,3 faizi yaşayış məntəqələri, 25,5 faizi dövlət və özəl xidmətlər sektoru və digər abonentlərin payına düşüb. İşıqlandırmanın payı isə 2,2 faiz təşkil edib.

Elektrik istehlakçılarının sayı isə mart ayında keçən ilin eyni ayına görə 2,1 faiz artaraq 49 milyon 929 min 418-ə çatıb.

Natiq Orucov
Xəbəri paylaş